Şahmar Mövsümov: “İnflyasiya sabit qalır, investisiya proqramlarında gecikmə yoxdur”

Şahmar Mövsümov: “İnflyasiya sabit qalır, investisiya proqramlarında gecikmə yoxdur”
  • Clock-gray 18:32
  • calendar-gray 03 İyul 2020

“Pandemiya iqtisadiyyatın durumuna təsir etməyə bilməz”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi deyib ki, dünya iqtisadiyyatında da tənəzzül gözlənilir: “ABŞ-da işsizlik səviyyəsi 15 faizə, ağlasığmaz duruma gəlib çatıb. Pandemiyanın Azərbaycan iqtisadiyyatına da təsiri var. Ancaq ilin əvvəlindən büdcənin gəlirləri tam, hətta profisitlə icra olunur”.

Ş. Mövsümov qeyd edib ki, Azərbaycanda 190 manat birdəfəlik ödəmə işsiz qalan insanlara yardım kimi verilir: “İnflyasiya sabit qalır. İnvestisiya proqramlarında da hər hansı gecikmə yoxdur. İlin sonuna elə bir itkilərlə çıxmayacağımızı gözləyirik. Neftin qiyməti də tarazlaşıb. Ona görə də ehtiyatlarımızın azalması cüzidir, böyük azalma yoxdur. Bütün bunlar pandemiya bitdikdən sonra əvvəlki sürətli inkişafına qayıda biləcək”.

apa-logo-mini

Digər xəbərlər