Şahmar Mövsümov: “İqtisadiyyata böyük həcmdə dəstək verilir”

Şahmar Mövsümov: “İqtisadiyyata böyük həcmdə dəstək verilir”
  • Clock-gray 17:52
  • calendar-gray 03 İyul 2020

“Sosial ödənişlər birdəfəlikdir və müddətin burada hər hansı rolu yoxdur”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

O qeyd edib ki, Nazirlər Kabieti tərəfindən təsdiq edilən Tədbirlər planı çox geniş və əhatəlidir: “Bir çox tədbirlər artıq görülüb, bir çoxları üzrə işlər hələ də davam edir. Orada həm vergi güzəştləri paketi var, güzəştli kreditlər, zərərçəkmiş bütün sahələr üzrə iqtisadi təsərrüfat subyektlərinə yardımlar və s. əksini tapıb. Bu gün paket üzrə işlər hələ də davam edir. Bu gün hansısa əlavə paketə ehtiyac görmürük. İqtisadiyyata böyük həcmdə dəstək verilir. Dövlət büdcəsi çərçivəsində investisiya proqramı da öz planında davam etdirilir. Ölkə iqtisadiyyatına bu investisiyalar qoyulur”.

Firuzə Vahid

Digər xəbərlər