Şamaxıda koronavirus pandemiyası əleyhinə tədbirlər gücləndirilib - FOTO

Şamaxıda koronavirus pandemiyası əleyhinə tədbirlər gücləndirilib - FOTO
  • Clock-gray 06:18
  • calendar-gray 07 İyul 2020

Şamaxı rayonunda koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər görülür.

Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, Şamaxı şəhərində növbəti dezinfeksiyaedici tədbirlər həyata keçirilib. 

Şəhərin prospekt və küçələri, səkilər, yaşayış məhəllələrinin əraziləri dezinfeksiyaedici məhlulla yuyulub, gündəlik tələbat malları mağazalarının, apteklərin, iaşə obyektlərinin giriş-çıxışları təkrar dezinfeksiya olunub.

Rayonda koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün hər birində 4 nəfər olmaqla 61 mobil qrup fəaliyyət göstərir. Mobil qrupların üzvləri tərəfindən ticarət və ictimai-iaşə obyektlərində, eləcə də ictimai nəqliyyat vasitələrindən istifadə edən sakinlərlə maarifləndirici söhbətlər aparılır, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin vacibliyi, həmçinin gigiyenik qaydalara düzgün riayət olunmasının zəruri olduğu barədə məlumatlar verilir.

Rayon icra hakimiyyəti, rayonun hüquq mühafizə orqanları, bələdiyyə işçiləri və ərazi icra nümayəndələrindən ibarət nəzarət qrupları da yaradılıb. Nəzarət qrupları koronovirus pandemiyasına qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti gücləndirmək məqsədilə rayon ərazisində reydlər həyata keçirir.

Rayonda əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə

biləcəyi fəsadların qarşısının alınması məqsədilə ardıcıl tədbirlər görülür.

apa-logo-mini

Digər xəbərlər