Saray qəsəbəsinin mərkəzi yollarından daha biri əsaslı şəkildə təmir edilib

Saray qəsəbəsinin mərkəzi yollarından daha biri əsaslı şəkildə təmir edilib
  • Clock-gray 11:27
  • calendar-gray 14 İyul 2020

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri və Abşeron rayonunun nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərində təmir-tikinti işləri davam etdirilir.

Agentlikdən APA-ya bildirilib ki, vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Saray qəsəbəsi Heydər Əliyev prospekti əsaslı şəkildə təmir edilib.

Sözügedən küçə Saray qəsəbəsinin əsas yollarından biri hesab olunur və qəsəbə sakinlərinin istər paytaxt, istərsə də Sumqayıt şəhəri istiqamətinə rahat gediş-gəlişini təmin edir.

Sözügedən prospekt uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 2.4 km, eni isə 12 metr olan yol boyu tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla yenidənqurma və bərpa işləri həyata keçirilib.

Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə prospekt boyunca hər bit istiqamət üzrə yeni piyada səkiləri inşa olunub. Daha sonra “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Asfaltlanma işləri ümumilikdə 29 min kv.m-ə yaxın sahəni əhatə edib.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə verilib.

Əsmər Qabil

Digər xəbərlər