Səhiyyə Nazirliyi: Qızdırması olanlar poliklinikaya, sahə həkiminə zəng etsinlər

Səhiyyə Nazirliyi: Qızdırması olanlar poliklinikaya, sahə həkiminə zəng etsinlər
  • Clock-gray 18:23
  • calendar-gray 03 İyul 2020

“Qızdırması olan insanlarımız ilk növbədə poliklinikaya, sahə həkiminə zəng etsinlər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov bildirib.

N. Zeynalov deyib ki, həkim bir neçə sual verməklə koronavirus şübhəsi  olub-olmadığını müəyyənləşdirəcək: “Yəni təcili yardıma deyil, ilk növbədə poliklinikalara müraciət edilsin”.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov isə qeyd edib ki, bu halda təcili yardım xidmətinin üzərinə düşən yük də azalar.

Prezidentin köməkçisi test verən insanların məlumatlarını dəqiq verməsini də vacib sayıb: “Bu, testlərin cavabının dəqiq çatdırılmasına da şərait yaradar”.

apa-logo-mini

Digər xəbərlər