TƏBİB: Sumqayıtda zavodda baş verən yanğında xəsarət alan 7 nəfərdən birinin vəziyyəti ağırdır

TƏBİB: Sumqayıtda zavodda baş verən yanğında xəsarət alan 7 nəfərdən birinin vəziyyəti ağırdır
  • Clock-gray 13:07
  • calendar-gray 07 Avqust 2020

“Sumqayıt Etilen-polietilen Zavodunda baş verən yanğında yeddi nəfər xəsarət alıb, onlardan birinə ambulator yardım göstərilib və evə buraxlıb”.

Bunu APA-ya açıqlamasında TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib.

Onun sözlərinə görə, digər altı nəfər Bakıya, yanıq mərkəzinə göndərilib: “Onlardan birinin vəziyyəti ağırdır”.

Qeyd edək ki, bu gün SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda yanğın baş verib.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər