TƏBİB koronavirusdan sağalmış vətəndaşları Milli Hematologiya və Transfuziologiya Mərkəzinə müraciət etməyə çağırıb

TƏBİB koronavirusdan sağalmış vətəndaşları Milli Hematologiya və Transfuziologiya Mərkəzinə müraciət etməyə çağırıb
  • Clock-gray 18:14
  • calendar-gray 03 Avqust 2020

“Koronavirusdan sağalmış hər bir vətəndaşımız Milli Hematologiya və Transfuziologiya Mərkəzinə müraciət etsə, çox yaxşı olar”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, sağalanların və könüllü donor olmaq istəyənlərin müəyyənləşdirilməsi çox yaxşı olardı: “Xəstələrin sağalmasında bu plazmalara çox ehtiyac olur”.

Firuzə Vahid

Digər xəbərlər