Təhsil Nazirliyi: “Virtual məktəb" məsafədən tədris almaq üçün əlavə imkandır

Təhsil Nazirliyi: “Virtual məktəb" məsafədən tədris almaq üçün əlavə imkandır
  • Clock-gray 15:16
  • calendar-gray 02 Aprel 2020

“Məlum olduğu kimi, bu gündən Təhsil Nazirliyinin bütün ölkə ərazisini əhatə edən yeni "Virtual məktəb" layihəsinə qeydiyyat başlayıb. Qeydiyyatdan istənilən vaxt keçmək olar, əlavə vaxt və ya saat məhdudiyyəti müəyyən edilməyib”.

APA-nın məlumatına görə, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib. Onun sözlərinə görə, ölkənin bütün ərazisinə yayımlanan "Teledərslər"lə yanaşı, "Virtual məktəb" layihəsi Nazirlik tərəfindən şagirlərin istifadəsinə verilmiş məsafədən tədris almaq üçün əlavə bir imkandır: ““Virtual məktəb" layihəsi əsasında ənənəvi məktəbdaxili qiymələndirmə aparılmayacaq. Bu layihə şagirdlərə əsasən özünü qiymətləndirmə alətlərini, müəllim və sinif yoldaşları ilə interaktiv əlaqə qurmağı və bir sıra digər yeni imkanları təqdim edəcək.

Eyni zamanda "Virtual məktəb" layihəsinə bu və ya digər obyektiv səbəbdən hazırda qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır, onların hansısa şəkildə bu layihəyə qoşulmasına məcbur edilməsindən və ya cəzalandırılmasından söhbət gedə bilməz”.

Nazir müşaviri deyib ki, "Virtual məktəb" layihəsi müəllimlər tərəfindən mart ayının əvvəlindən müxtəlif proqram təminatları üzərindən fərdi şəkildə apardığı onlayn dərsləri istisna və ya qadağa etmir, sadəcə vahid platforma üzərindən daha geniş imkanlar verir: “Bu fədakar müəllimlərə cəza yox, alqış düşür. "Virtual məktəb" layihəsi qarşılıqlı əməkdaşlıq prinsipi üzərində qurulub və bu barədə bütün yerli təhsili idarəetmə orqanlarına məlumat verilib. Hazırkı vəziyyətdə hər bir faydalı imkandan istifadə etməliyik”.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date