Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib

Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib
  • Clock-gray 15:53
  • calendar-gray 14 Dekabr 2019

Dekabrın 14-də Təhsil Nazirliyi Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirib.

Nazirlikdən APA-ya verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.

Aksiya çərçivəsində Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi tərəfindən qeyd olunan ərazidə minədək badam ağacı əkilib.

Ağacəkmə aksiyasına “Bir” tələbə-könüllülər də qatılıb.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date