Təhsil naziri “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb

Təhsil naziri “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb
  • Clock-gray 09:28
  • calendar-gray 06 Dekabr 2019

Təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb.

APA-nın xəbərinə görə, əmrə əsasən, 2019-2020-ci dərs ilində ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək.

Əmrlə “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsini keçirən Təşkilat Komitəsinin tərkibi təsdiq edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə Nazirliyin tabeliyindəki ümumi təhsil müəssisələrinə tapşırılıb ki, bu əmrdən irəli gələn məsələlərin həyata keçirilməsi istiqamətində lazımi təşkilati-pedaqoji tədbirlər görülməsini təmin etsinlər.

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date