Təhsili digər dildə aparılacaq uşaqlarla I sinfə qəbul üçün müsahibələrə başlanılıb

Təhsili digər dildə aparılacaq uşaqlarla I sinfə qəbul üçün müsahibələrə başlanılıb
  • Clock-gray 10:17
  • calendar-gray 24 Fevral 2020

Bu gündən etibarən təhsili digər dildə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların birinci siniflərə qəbulu üçün müsahibələrə başlanılır. 

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçiriləcək.

“Ümumi təhsil haqqında” qanuna əsasən, təhsil digər dildə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların birinci siniflərə qəbulu həmin dildə şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında həyata keçiriləcək. 

Müsahibələr fevralın 24-dən martın 3-dək yerli təhsili idarəetmə orqanları tərəfindən təşkil ediləcək. Bu barədə yerli təhsili idarəetmə orqanları tərəfindən valideynlərə müvafiq məlumat verilir.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date