ÜST: Koronavirusdan 2 858 nəfər ölüb

ÜST: Koronavirusdan 2 858 nəfər ölüb
  • Clock-gray 12:24
  • calendar-gray 29 Fevral 2020

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus xəstəliyinə yoluxma hallarına dair fevralın 28-nə olan məlumatı açıqlayıb.

APA-nın xəbərinə görə, təşkilatın məlumatına əsasən, son 24 saat ərzində Belarus, Litva, Niderland, Yeni Zelandiya və Nigeriyada koronavirus xəstəliyinə (COVID-19) ilk yoluxma halları qeydə alınıb.

Təsdiqlənmiş yoluxma hallarının sayı:

Dünyada: 83 652 (1 358 yeni);

Çində: 78 961 (331 yeni);

2 791 ölüm halı (44 yeni).

Çinin xaricində:

4 691 yoluxma halı (1027 yeni);

51 ölkə (5 yeni);

67 ölüm halı (10 yeni).

ÜST koronavirusla bağlı risk qiymətləndirilməsinin Çində çox yüksək, regional səviyyədə çox yüksək, qlobal səviyyədə çox yüksək hesab edir.

Əsmər Qabil

Digər xəbərlər