Ülvi Mehdiyev: "Bəzən şəxslər tanımadığı adamların şəxsiyyət nömrəsini təqdim edərək SMS icazə alırdılar"

Ülvi Mehdiyev: "Bəzən şəxslər tanımadığı adamların şəxsiyyət nömrəsini təqdim edərək SMS icazə alırdılar"
  • Clock-gray 17:43
  • calendar-gray 03 İyul 2020

“Bəzən şəxslər tanımadığı adamların şəxsiyyət nömrəsini təqdim edərək SMS icazə alırdılar”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Dövlət Agentliyinin sədri deyib ki, hazırda yalnız şəxsiyyət vəsiqəsinin sahibinə icazə verilməsi barədə SMS məlumat göndəriləcək: “Cavab SMS-i də 15 dəqiqəyə gəlir. Bəzən təşkilat əməkdaşlarına ölkə ərazisi üçün icazə alır. İşlədiyi ərazini tərk etmək yalnız ezamiyyə əsasında ola bilər. Sabahdan etibarən icazə.gov.az saytında ezamiyyə bölməsi yaradılıb, təşkilat sabahdan həmin şəxslə bağlı ezamiyyə məlumatlarını o bölməyə daxil etməlidirlər. Polis postlarında da bu ezamiyyə yoxlanacaq”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər