Ülvi Mehdiyev: "Həftə sonları taksilər fəaliyyət göstərəcək"

Ülvi Mehdiyev: "Həftə sonları taksilər fəaliyyət göstərəcək"
  • Clock-gray 17:49
  • calendar-gray 03 İyul 2020

"Həftə sonları ictimai nəqliyyatın fəaliyyəti qadağandır. Amma taksi xidməti fəaliyyətdə olacaq".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, ictimai nəqliyyatın qadağan olunmasının əsas səbəbi insanların kütləvi toplaşdığı yerləri minimuma endirməkdir: “Bu, çətin də olsa, hər bir təşkilat şənbə və bazar günləri işləyən əməkdaşların işə gedib-gəlməsini təşkilatın avtomobilləri ilə, şəxsi avtomobillərlə, bunlar olmasa, taksi xidməti vasitəsilə təmin etməlidir. Düşünürəm ki, 2 günlük məhrumiyyət ümumi çətinlik yaratsa da, dediyim hallarla vəziyyəti həll etmək olar”. 

 

Günay Elşadqızı

Digər xəbərlər