Umayra Tağıyeva: "Azərbaycanın bəzi bölgələrində qar örtüyünün hündürlüyü artacaq"

Umayra Tağıyeva: "Azərbaycanın bəzi bölgələrində qar örtüyünün hündürlüyü artacaq"
  • Clock-gray 12:43
  • calendar-gray 24 Yanvar 2020

"Yanvarın 24-dən 25-ə keçən gecə Bakıda və Abşeron yarımadasında sulu qar yağacağı üçün yerdə qar örtüyü olmayacaq".

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, prosesin qısa müddətli olmasını nəzərə alaraq qar örtüyünün əmələ gəlmə ehtimalı azdır:

"Amma respublikanın Şimal və Cənub, Şimal-qərb bölgələrində, dağlıq və dağətəyi yerlərdə, Naxçıvan Muxtar Respublikasında artıq qar örtüyü əmələ gəlib və gün ərzində prosesin davam etməsi nəticəsində axşama qədər qar örtüyünün hündürlüyü artacaq. Lakin yanvarın 25-dən sonra havanın temperaturu qalxacağı üçün qar örtüyü davamlı olmayacaq".

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date