Vasif Talıbov Ordubadda icbari tibbi sığortanın tətbiqi ilə bağlı sərəncam imzalayıb

Vasif Talıbov Ordubadda icbari tibbi sığortanın tətbiqi ilə bağlı sərəncam imzalayıb
  • Clock-gray 17:31
  • calendar-gray 10 Dekabr 2019

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, Ordubad rayonunda icbari tibbi sığorta tətbiq ediləcək.

Sərəncamla Ordubad Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin Nizamnaməsini təsdiq edərək 2019-cu il dekabrın 1-dən fəaliyyətini təmin etməlidir. Həmçinin icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Ordubad Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşları 2019-cu il dekabrın 1-dən 50 faiz artırılacaq.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date