Xarici ölkələrin parlamentləri Ermənistanın təxribatlarını pisləyir

Xarici ölkələrin parlamentləri Ermənistanın təxribatlarını pisləyir
  • Clock-gray 14:36
  • calendar-gray 30 Oktyabr 2020

Milli Məclisə xarici ölkələrin parlamentləri tərəfindən Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı təcavüzünü pisləyən məktublar gəlməkdə davam edir. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu günlərdə Bolqarıstan Xalq Məclisində Azərbaycanla Dostluq Qrupunun sədri, “Hüquq və Azadlıqlar Uğrunda Hərəkat” Partiyasının Parlament qrupunun sədr müavini Həmid Həmid Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rauf Əliyevə məktub ünvanlayıb.

Məktubda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı hücumları şiddətlə qınanılır. 

Bildirilir ki, dinc əhaliyə qarşı hücumlar beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də elan olunmuş humanitar atəşkəsin pozulmasıdır. Dinc əhalinin qəsdən öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir.

Məktubda hərbi və mülki itkilərlə nəticələnən hərbi toqquşmalardan dərin narahatlıq ifadə olunur, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməyə uyğun olaraq Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında həlli yolu dəstəklənir.

Firuzə Vahid

Digər xəbərlər