Xarici universitetlərdən Azərbaycanın ali məktəblərinə köçürülərkən nəzərə alınan əsas göstəricilər bilinib

Xarici universitetlərdən Azərbaycanın ali məktəblərinə köçürülərkən nəzərə alınan əsas göstəricilər bilinib
  • Clock-gray 16:06
  • calendar-gray 14 Avqust 2020

Xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycan Respublikası ali təhsil müəssisələrinə köçürülərkən əsas nəzərə alınan göstəricilər açıqlanıb.

APA-nın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin məlumatında yer alıb. 

Bildirilib ki, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması, tələbənin xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alması, DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal), qənaətbəxş akademik göstəriciləri, köçürülmə səbəbləri, DİM tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri nəzərə alınacaq.

Qeyd olunub ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ var.

 

 

 

Əsmər Qabil

Digər xəbərlər