Yeni dərs ili üçün nümunəvi cədvəllər açıqlanıb

Yeni dərs ili üçün nümunəvi cədvəllər açıqlanıb
  • Clock-gray 18:10
  • calendar-gray 10 Sentyabr 2020

Təhsil Nazirliyi məktəb rəhbərləri və müəllimlər üçün hibrid tədris üçün dərs cədvəli nümunəsini  təqdim edib.

Nazirlikdən APA-ya verilən məlumata görə, bu nümunələr 4 müxtəlif  situasiyanı əhatə edir:

- əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün

- əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə

- əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün

- əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə.

Məlumatda bildirilir ki, bu nümunədən istifadə etməklə məktəbin xüsusiyyətlərinə uyğun dərs cədvəli hazırlamaq mümkündür. Nəzərə almaq lazımdır ki, sinif yarımqruplara bölündüyü halda uyğunlaşdırılmış tədris planında distant dərslər üçün nəzərdə tutulmuş dərslərin bir hissəsini əyani dərslərə vermək lazımdır.

Dərs cədvəlinin həm də teledərslərin cədvəlinə uyğunlaşdırmaq tövsiyə olunur. Teledərslər hər gün “Mədəniyyət” və “Arb Günəş”  televiziya kanallarında səhər və günorta təkrar verilməklə yayımlanır. 

Günay Elşadqızı

Digər xəbərlər