"Yüksəliş" müsabiqəsi "Azərkosmos"un sədrinin təqdimatında vebinar təşkil edib

"Yüksəliş" müsabiqəsi "Azərkosmos"un sədrinin təqdimatında vebinar təşkil edib
  • Clock-gray 17:40
  • calendar-gray 25 Sentyabr 2020

Sentyabrın 25-də “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən növbəti vebinar keçirilib.

APA-nın məlumatına görə, vebinarda müsabiqənin İdarəçi Rəhbərlər heyətinin üzvü, "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev "Liderlik və özünüidarəetmə" mövzusunda təqdimatla çıxış edib. 

ASC-nin sədri vebinar iştirakçılarına liderliyə xas bacarıqların, peşəkarlığa doğru gedilən yolda gələcək idarəçilərin mütəxəssis  kimi yetişməyində xarakterin, özünüidarəetmə xüsusiyyətlərinin formalaşdırılmasından danışıb. O bildirib ki, idarəçinin özünü tanımağı, analiz etmək qabiliyyəti onun uğurlu idarə metodikasına əsas təsiredici amillərdəndir. Rəşad Nəbiyev, həmçinin “ən peşəkar hesab etdiyimiz idarəçilərin də özlərindən yaşlı, çalışdığı işdə özündən təcrübəli mentorlara ehtiyacı var”, - deyə vurğulayıb. O, həm də bildirib ki, müasir dövrdə texnoloji yenilikləri sürətli mənimsəyən, emosional intellektə malik, bunu işində peşəkarlıqla tətbiq edən işçilərin də komandaya cəlb edilməsi, bu insanların dürüst dəyərləndirilməsi uğurlu idarəçi üçün vacib keyfiyyətlərdir. 

Vebinar iştirakçılarla qarşılıqlı müzakirə formatında aparılıb, dinləyicilərin sualları cavablandırılıb.

Qeyd edək ki, müsabiqənin İşçi Qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarların təşkilini nəzərdə tutur.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. 

apa-logo-mini

Digər xəbərlər