Zülfiyyə Xanbabayeva Heydər Əliyev Fondunun sosial layihəsində iştirak edib

Zülfiyyə Xanbabayeva Heydər Əliyev Fondunun sosial layihəsində iştirak edib
  • Clock-gray 12:33
  • calendar-gray 04 Aprel 2020

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!” sosial layihəsi çərçivəsində Xalq artisti Zülfiyyə Xanbabayeva 73 yaşlı Solmaz xanımın virtual qonağı olub.

Fonddan APA-ya verilən məlumata görə, layihənin məqsədi koronavirus (COVID-19) virusu ilə əlaqədar Azərbaycanda davam edən xüsusi rejim dövründə #evdəqal kampaniyasına dəstək göstərməkdir.

Günay Elşadqızı

Digər xəbərlər