Yağışla əlaqədar dəmir yolunun Xırdalan stansiyasında nasazlıq yaranıb

Yağışla əlaqədar dəmir yolunun Xırdalan stansiyasında nasazlıq yaranıb
  • Clock-gray 12:51
  • calendar-gray 22 Noyabr 2019

Bu gün saat 08:30 radələrində dəmir yolunun Xırdalan stansiyasının kontakt şəbəkəsində nasazlıq yaranıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən APA-ya verilən məlumatda bildirilib ki, yağışlı hava şəraiti ilə əlaqədar yaranan atmosfer gərginliyi nəticəsində, kontakt şəbəkəsində izolyator zədələnib: "Yaranmış nasazlıq nəticəsində Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə arası dayanmalı olub. Nasazlıq təcili olaraq aradan qaldırılıb və qatarlar hazırda öz qrafiki üzrə hərəkət edir.

“Azərbaycan Dəmir Yolları” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir”.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date