Azərbaycanda startaplar üçün “StartupFest 2019” keçiriləcək

Azərbaycanda startaplar üçün “StartupFest 2019” keçiriləcək
  • Clock-gray 11:24
  • calendar-gray 15 Noyabr 2019

21-26 noyabr tarxilərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə "StartupFest 2019" adı altında startapları əhatə edən beynəlxalq festival təşkil olunacaq.

APA-nın məlumatına görə, bunu "StartupFest 2019" festivalı ilə bağlı keçirilən mətbuat konfransında çıxış edən Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib.

Onun sözlərinə görə, "StartupFest” gənc texnologiya sahibkarlarını, “Angel” investorları, korporasiyaları, dövlət qurumlarını, universitetləri, media və müxtəlif ölkələrdən gələn beynəlxalq qonaqları bir araya gətirəcək. C.Salmanov bildirib ki, festival çərçivəsində “Techstars Startup Fintech”, “DevopsDays”, “FUN Baku”, “Product Hunt Meetup”, “TEDx”, “World E-Commerce Forum Eurasia Baku 2019” kimi beynəlxalq tədbirlər təşkil olunacaq: "Bakı və Gəncə şəhərlərini əhatə edəcək festival çərçivəsində Azərbaycan, Belçika, Macarıstan, Türkiyə, Gürcüstan, ABŞ və Ukraynadan olan spikerlər öz təcrübələrini bölüşəcəklər. Tədbirin əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemə müsbət təsir göstərmək və inkişafa təkan verməkdir".

 

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date