AzMİU-da memarlıq təhsilinin 100 illiyinə həsr edilən sərgi açılıb

AzMİU-da memarlıq təhsilinin 100 illiyinə həsr edilən sərgi açılıb
  • Clock-gray 13:16
  • calendar-gray 22 Noyabr 2019

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ölkədə memarlıq təhsilinin 100 illiyinə həsr edilən kurs və buraxılış işlərindən ibarət sərginin açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə dövlət və özəl qurumların nümayəndələri, rektorlar və partnyor təşkilatların rəhbərləri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə sərgi işə tanış olublar. Memarlıq fakültəsinin dekanı, əməkdar memar Zahidə Məmmədova sərgidə nümayiş olunan işlərlə bağlı qonaqlara məlumat verib. Onun sözlərinə görə, nümayiş olunan işlərdəki ərazilərin hamısı realdır, virtual ərazilər yoxdur.

AzMİU-nun rektoru Gülçöhrə Məmmədova Azərbaycanda memarlıq təhsilin tarixinindın və inkişaf yolundan danışıb. Rektor qeyd edib ki, Azərbaycanda Memarlıq ixtisası üzrə kadr hazırlığı işinə 1920-ci ildən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutu adlanan təhsil ocağının İnşaat fakültəsinin Memarlıq bölməsində başlanılıb, 1951-ci ildən isə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinin Memarlıq bölməsində davam etdirib. 1968-ci ildə bölmənin ayrıca Memarlıq fakültəsi yaradılıb.

G.Məmmədova 100 ilə yaxın tarixi olan Memarlıq fakültəsinin bugünkü tarixindən bəhs edərək bildirib ki, fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsil pilləsində mütəxəssislər hazırlayır:

"Hazırda fakültədə 1100-dən artıq tələbə təhsil alır ki, onların da 300-ə yaxını xarici tələbələrdir".

Rektor bildirib ki, bugünkü sərgiyə Memarlıq fakültəsinin şəhərsalma, bina və qurğular, dizayn, memarlıq abidələrinin bərpası, landşaft ixtisasları üzrə 30-a yaxın buraxılış işi və 100 kurs işi təqdim olunub:

"Həmin işlər sırasında bu il Rusiyanın Nijniy Novqorod şəhərində keçirilən XXVIII qalibləri olmuş işlər də nümayiş olunur".

Rektor eyni zamanda qeyd edib ki, Universitetin beynəlxalq akkreditasiyadan keçməsi üçün çalışırlar:

"Ümid edirik ki, Universitet yaxın zamanlarda beynəlxalq akkreditasiyadan keçəcək və diplomlarımız beynəlxalq aləmdə də tanınacaq".

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev bildirib ki, AzMİU son illərdə dünya səviyyəli universitetlərdən birinə çevrilib. 

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, AzMİU-nun Memarlıq layihələndirmə və şəhərsalma kafedrasının müdiri Elbay Qasımzadə bildirib ki, bir çox akademik, professor, məşhur memarlar bu universitetin məzunları olublar: "Görülən işlər uğurlu nəticədir. Bu, eyni zamanda tanınmış memarlıq məktəbləri ilə yarışmağa qadir olmağımızın ən gözəl nümunəsidir. Bu sənətə yeni başlayan gənclərə tövsiyə edərdim ki, bu işdə sadəcə çalışmasınlar, bu sənətlə yaşasınlar, sevsinlər, onda onlar həqiqi memar olacaqlar".

Sonda Nijniy Novqorod şəhərində keçirilən müsabiqədə qalib olan məzunlara diplomlar təqdim edilib.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date