Culfa-Ordubad yolunun yenidən qurulmasına 34,3 milyon manat ayrılıb

Culfa-Ordubad yolunun yenidən qurulmasına 34,3 milyon manat ayrılıb
  • Clock-gray 16:21
  • calendar-gray 22 Noyabr 2019

Prezident İlham Əliyev Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

APA-nın xəbərinə görə, sərəncama əsasən, Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 34,3 milyon (otuz dörd milyon üç yüz min) manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.

Kəmalə Quliyeva

Digər xəbərlər

Arxiv

date