Əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə qəbulu başlanır

Əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə qəbulu başlanır
  • Clock-gray 10:23
  • calendar-gray 23 Sentyabr 2020

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  reabilitasiya mərkəzlərində oktyabrın əvvəllərindən əlilliyi olan şəxslərin qəbuluna başlanması nəzərdə tutulur. 

Nazirlikdən APA-ya verilən məlumata görə, əhali arasında virusa yoluxma sayının azalması və xəstələrin  sağalmasında müsbət  dinamika nəzərə alınaraq, əlilliyi olan şəxslərin  mərhələli şəkildə reabilitasiya mərkəzlərində stasionar formada qəbulu planlaşdırılır. İlkin mərhələdə pandemiya ilə əlaqədar bərpa müalicəsi yarımçıq qalan, yüksək reabilitasiya potensiallı və daha çox reabilitasiyaya ehtiyacı olan şəxslər, eyni zamanda sağlamlıq imkanları məhdud uşaqlar bərpa müalicəsi ilə təmin ediləçək. Həmin şəxslərin növbəlilik əsasında reabilitasiya müəssisələrinə qəbulu həyata keçiriləcək.

Sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq sosial məsafənin qorunması məqsədi ilə əlilliyi olan şəxslər palatalarda tək yerləşdiriləcək. Ümumilikdə, postpandemiya dövründə bərpa mərkəzlərində  əlilliyi olan şəxslərin və işçi heyətinin COVİD-19 infeksiyasından qorunması üçün profilaktik tədbirlərə dair daxili təlimatlar hazırlanıb.

Günay Elşadqızı

Digər xəbərlər