Əmlak Məsələləri Dövlət Xidməti Ələt azad iqtisadi zonası üçün torpaq alacaq

Əmlak Məsələləri Dövlət Xidməti Ələt azad iqtisadi zonası üçün torpaq alacaq
  • Clock-gray 17:58
  • calendar-gray 25 Sentyabr 2020

Nazirlər Kabineti “Torpaqların alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpaqları alan orqanın müəyyən edilməsi barədə” qərar verib. 

APA-nın məlumatına görə, qərara əsasən,  “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanına əlavə edilmiş yerquruluşu planlarında göstərilən torpaqları dövlət ehtiyacları üçün alan orqan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti müəyyən edilib.

İqtisadiyyat Nazirliyi “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may  tarixli  1032 nömrəli Fərmanına əlavə edilmiş yerquruluşu planlarında göstərilən torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı tədbirləri “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanununn tələblərinə uyğun olaraq həyata keçirməli və bu barədə Kabinetinə məlumat verməlidir.

 Qaradağ Rayon İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələlərin həlli ilə bağlı səlahiyyətləri daxilində İqtisadiyyat Nazirliyinə zəruri kömək göstərilməsini təmin etməlidir.

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər