TEAS Press Nəşriyyat Evinin 5 yaşı tamam olur

TEAS Press Nəşriyyat Evinin 5 yaşı tamam olur
  • Clock-gray 10:32
  • calendar-gray 15 Noyabr 2019

2014-cü ildən fəaliyyətə başlayan və hazırda ölkənin ən qabaqcıl nəşriyyat evinə çevrilən TEAS Press 5 yaşını qeyd edir.

APA-nın xəbərinə görə, bu illər ərzində nəşriyyat öz məhsullarının çap keyfiyyətinə və seçdiyi kitablara görə oxucuların etibarını və rəğbətini qazanmağı bacarıb. Hər zaman fərqli və zövqlü dizayn edilmiş kitabları ilə seçilən TEAS Press 5 il ərzində 700 addan çox kitab nəşr edib.

Elmi-kütləvi, bədii, tarixi, motivasiya, iqtisadiyyat və bir çox mövzularda kitablar çap edən nəşriyyatın “3 alma” və “YAY” adlı fərqli kitab markaları isə mövzu və yaş kateqoriyasına görə bir-birindən fərqlənir.

TEAS Press Nəşriyyatının digər üstünlüyü isə, xarici və yerli yazarların yalnız müəllif  hüquqlarını almaqla kitabları nəşr edir. Bundan başqa, hüquqları alınmış xarişi nəşrləri orijinal dildən tərcümə etməklə TEAS Press ətrafına çoxlu sayda tərcüməçilər, redaktor və korrektorları toplaya bilib. Həmçinin nəşriyyata məxsus bir sıra kitabların hüquqları xarici nəşriyyatlar tərəfindən alınaraq xarici dillərə tərcümə olunaraq həmin ölkələrdə nəşr olunur.

2019-cu il 27-29 sentyabr tarixində Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında uğurla iştirak edən TEAS Press Nəşriyyatı nazirliyin Təşkilat Komitəsinin qərarına əsasən sərgidə xüsusi stendi və fəaliyyəti ilə seçildiyi üçün "Ən Yaxşı Nəşriyyat Evi" mükafatına layiq görülüb.

Ölkə başçısı İlham Əliyevin kitaba və mütaliəyə hər zaman göstərdiyi diqqət və qayğını əsas götürən TEAS Press daima müxtəlif  tədbirlər, imza günləri və kitab təqdimatları keçirməklə ölkədə mütaliənin təbliğinə az da olsa öz töhfəsini verməyi qarşısına məqsəd qoyub.

Bu 5 il ərzində hər zaman oxucuların fikirlərini və istəklərini nəzərə alan TEAS Press Nəşriyyat Evi sizə xidmət göstərməkdən məmnundur!

 

 

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date