Tərtərdə məcburi köçkünlərin təhsil aldığı məktəbdə Resurs və Təlim mərkəzi açılıb

Tərtərdə məcburi köçkünlərin təhsil aldığı məktəbdə Resurs və Təlim mərkəzi açılıb
  • Clock-gray 15:37
  • calendar-gray 22 Noyabr 2019

British Council və Britaniyanın Azərbaycandakı səfirliyi Tərtərdə məcburi köçkünlərin təhsil aldığı məktəbdə Resurs və Təlim mərkəzi açıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Resurs və Təlim Mərkəzi Tərtərdə yerləşən Laçın rayonu Çaylı kənd tam orta məktəbdə yaradılıb.

Tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva, səfirlik və nazirlik nümayəndələri iştirak  edib.

Açılış mərasimində bildirilib ki, bu,  Azərbaycanda hazırda mövcud olan 13 ingilis dili mərkəzdən ibarət şəbəkəsinə əlavə ediləcək beş yeni Resurs və Təlim mərkəzindən ikincisi olacaq. Yeni təlim mərkəzləri Masazır, Zaqatala, Tərtər, Beyləqan və Bərdə rayonlarında yerləşən məcburi köçkünlərin təhsil aldığı məktəblərdə yaradılacaq.

Eyni zamanda yerli icmalardan olan tələbə və müəllimlərin cəlb edilməsi üçün lazım olan bütün yüksək keyfiyyətli təlim və tədris resursları, texnologiyalar  və özünütəlim materialları ilə təmin ediləcək. 

British Council proqramı Birləşmiş Krallıq hökumətinin maliyyə dəstəyi ilə hazırlanır və həyata keçirilir. Resurs və Təlim Mərkəzlərinin yaradılmasında məqsəd,  Qabaqcıl Cəmiyyət Naminə Mükəmməl Bacarıqlar gənclərin özlərindən əminliyini artırması və gələcəkdə təhsil və karyera yolunda daha yaxşı imkanlara sahib olması məqsədilə onların bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş üç illik proqramdır.

British Councilin Azərbaycandakı nümayəndəliyinin direktoru Samr Şah bildirib ki, Bu, Azərbaycanda həyata keçirdiyimiz başlıca proqramlardan biridir. Təlim mərkəzləri gənc tələbələrə ingilis dili üzrə danışıq qabiliyyətini inkişaf etdirmək üçün təlimdə iştirak etmək, habelə XXI əsrin rəqabətli təlim və karyera yolunda zəruri olan liderlik və ünsiyyət bacarıqlarını təkmilləşdirmək imkanı verəcək: “Üç il ərzində Azərbaycanın məcburi köçkün icmalarından olan təqribən 17,200 gənc 600-dən çox təlim keçmiş müəllimin formal tədris prosesində öyrətdiyi təkmilləşmiş ingilis dili və əsas bacarıqların təlimi proqramından faydalanacaq. Proqramımızın yeni Resurs və Təlim Mərkəzləri ilə yanaşı Bakı, Müşfiqabad, Gəncə və Lənkəranda da fəaliyyət göstərən mərkəzləri var”.

Habil Aslanoğlu

Digər xəbərlər

Arxiv

date