BAFTA Hoakin Feniksi ən yaxşı aktyor seçib

BAFTA Hoakin Feniksi ən yaxşı aktyor seçib
  • Clock-gray 10:37
  • calendar-gray 03 Fevral 2020

ABŞ aktyorları Hoakin Feniks və Rene Zellveqer Britaniya Kino və Televiziya sənətləri Akademiyası (BAFTA) tərəfindən baş rol oynamış ən yaxşı aktyorlar seçiliblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 45 yaşlı Feniks rejissor Todd Filipsin filmindəki Coker rolu ilə “Ən yaxşı kişi rolu” nominasiyasında fərqlənib.

Rene Zellveqer isə “Cudi” filmində Hollivud müğənni və aktrisası Cudi Qarlendi canlandırdığı üçün "Ən yaxşı aktrisa" seçilib. "Ən yaxşı film" isə Sem Mendesin "1917" adlı ekran işi olub.

Qeyd edək ki, BAFTA kinoya dəstək olan, onun inkişafına çalışan müstəqil təşkilatdır. 1947-ci ildə yaradılıb. 

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date