"Eurovision-2020” koronavirusa görə təxirə salınıb

"Eurovision-2020” koronavirusa görə təxirə salınıb
  • Clock-gray 17:32
  • calendar-gray 18 Mart 2020

"Eurovision-2020” mahnı müsabiqəsi koronavirusa görə təxirə salınıb.

APA-nın xəbərinə görə, bununla bağlı "Eurovision-2020”-nin rəsmi “Facebook” hesabında məlumat verilib.

Qeyd olunub ki, müsabiqənin gələn il Rotterdam şəhərində keçirilməsi ilə bağlı müzakirələr aparılacaq.

“Eurovision-2020” müsabiqəsi 12-16 may tarixlərində Niderlandın Rotterdam şəhərində keçiriləcəkdi. Azərbaycanı müsabiqədə Samirə Əfəndi təmsil edəcəkdi.

apa-logo-mini

Digər xəbərlər