Hollivud prodüserinin zorakılığına məruz qalan şəxslər 19 milyon dollar alacaqlar

Hollivud prodüserinin zorakılığına məruz qalan şəxslər 19 milyon dollar alacaqlar
  • Clock-gray 11:10
  • calendar-gray 01 İyul 2020

Hollivud prodüseri Harvi Vaynşteynin zərər vurduğu şəxslər 19 milyon dollar alacaqlar.

APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Nyu-York ştatının baş prokuroru Letisiya Ceyms qərar verib.

Lakin bu ödənişi prodüserin müflis elan edilməsi üzrə işi aparan dairə məhkəməsi də təsdiqləməlidir. Məhkəmə qərarı təsdiqləyəcəyi təqdirdə H.Vaynşteyn tərəfindən seksual zorakılığa məruz qalan qadınlar kompensasiya üçün xüsusi fonda müraciət edə biləcəklər. 

Qeyd edək ki, 2017-ci ildə H. Vaynşteyn ətrafında qalmaqal yaşanıb. 80-dən çox qadın onu seksual zorakılıqda ittiham edib. Onların arasında məşhur aktrisalar da olub. Martın 11-də H.Vaynşteyn günahkar bilinib. O, öz cəsazını Nyu-York ştatının həbsxanasında çəkəcək.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər