Həyat yoldaşı: “Bəhram Bağırzadənin vəziyyəti stabil ağırdır"

Həyat yoldaşı: “Bəhram Bağırzadənin vəziyyəti stabil ağırdır"
  • Clock-gray 10:22
  • calendar-gray 16 İyun 2020

“Bəhram Bağırzadənin vəziyyəti stabil ağırdır, hələ ki, aparatlara qoşuludur”.

Bunu APA-ya açıqlamasında, Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.

“Təəssüf ki, yeni bir şey deyə bilməyəcəm. İnşallah aparatlardan ayrılar, onda xoş xəbərini eşidərsiz”- deyə o bildirib. 

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, ağciyər toxumasının 90%-dən çoxunun zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb. 

Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

Məlumat üçün bildirək ki, EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti kritik ağır olaraq qalır.

Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər