Ən çox mənfi obraz canlandıran aktyorların adı açıqlanıb

Ən çox mənfi obraz canlandıran aktyorların adı açıqlanıb
  • Clock-gray 11:02
  • calendar-gray 09 Aprel 2020

Mütəxxəssilər ən çox mənfi rol canlandırmış aktyorların siyahısını  tərtib ediblər. 

APA-nın gazeta.ruya istinadən verdiyi xəbərə görə, reytinq cədvəlində 500-dən çox aktyorun adı olub.

Guarantorloans.comun hazırladığı cədvəl kinematoqrafiya sahəsində ən böyük məlumat bazasına sahib olan IMDb-nin göstəriciləri əsasında tərtib edilib.

Məlum reytinqdə ilk yerdə Robert de Niro dayanıb. “Xaç atası”nın ikinci hissəsindəki Viro Korloneodən başlayaraq, onun hesabında 19 mənfi rol var. O, bu roluna görə “Oskar” əldə edib. De Niro öz ampluasına Kventin Tarantionunun “Ceki Braun” və Martin Skorsezenin “Bomba oğlanlar” filmlərində də sadiq qalıb. 

İkinci yerdə Peter Stormare dayanır. O “Farqo” və “Pis oğlanlar2” başda olmaqla müxtəlif filmllərdə 17 mənfi obraz yaradıb. 

Bir rol fərqi ilə üçüncü yerdə Ron Perlman qərar tutur. 

Tim Karli, Ceyms Vuds, Vinni Cons, Qari Oldmen, Kristofer Uoken, Malkolm Makdauell və Samuell L. Cekson kimi aktyorlar onluğa daxil olublar. 

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date