Azərbaycanın iki şahmatçısı FİDE reytinqində irəliləyib, Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov yerində qalıb

Azərbaycanın iki şahmatçısı FİDE reytinqində irəliləyib, Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov yerində qalıb
  • Clock-gray 14:59
  • calendar-gray 31 May 2020

FİDE şahmatçıların iyun reytinqini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, siyahıda Azərbaycanın 8 şahmatçısı yer alıb.
 
Onlardan 5-i kişi qrossmeysterdir. Koronavirus pandemiyası üzündən hesabat dövründə heç bir görüş keçirilmədiyindən təmsilçilərimizin mövqeyi və xalı dəyişməz qalıb. Teymur Rəcəbov 2765 xalla 9-cu, Şəhriyar Məmmədyarov 2764 xalla 11-cidir. Qədir Hüseynov 2665 xalla 72-ci, Nicat Abasov 2664 xalla 74-cü, Rauf Məmmədov 2654 xalla 90-cı pillədə qərarlaşıb.

Bu siyahıda ilk “üçlük” də dəyişməyib. Maqnus Karlsen (Norveç, 2863) birinci, Fabiano Karuana (ABŞ, 2835) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.

Qadınlar şahmatçılar arasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə (2443) 29-cu yerdə qalıbsa, digər şahmatçılarımız bir pillə irəliləyib. Gülnar Məmmədova (2382) 76-cı, Xanım Balacayeva (2376) 85-ci yerə qalxıb.

Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) birinci, Humpi Koneru (Hindistan, 2586) ikinci, Aleksandra Qoryaçkina (Rusiya, 2582) üçüncüdür.

ApaSport

Digər xəbərlər