Teymur Rəcəbov FİDE rəsmisinin cavabını verib

Teymur Rəcəbov FİDE rəsmisinin cavabını verib
  • Clock-gray 11:33
  • calendar-gray 07 Mart 2020

“FİDE-dən məktub adlım. Orada turnirin başqa vaxta keçirilməsinin nə hüquqi, nə də praktiki baxımdan mümkün olduğu deyilirdi”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

Dünya çempionu ilə qarşılaşmaq hüququ verən İddiaçılar turnirində oynamaqdan imtina edən qrossmeyster FİDE-nin Marketinq və Strategiya departamentinin rəhbəri Emil Sutovskinin “Özü çəkildi” ifadəsinə cavab verib. O bildirib ki, FİDE-dən aldığı ultimatuma nəzakət xatirinə cavab göndərib: “Mənə FİDE-nin qəbul etdiyi iştirakçıların sağlamlığı üçün nəzərdə tutulan tədbirləri izah etmişdilər. Martın 6-da Moskva vaxtı ilə saat 00:00-a qədər vaxt verdilər ki, həmin məktubu cavablandırım. Buna belə bir cümlə əlavə etdilər ki, sizin bu məktuba cavab verməyəcəyiniz təqdirdə turnirdən çıxdığınızı hesab edəcəyik. Göstərilən vaxta təxminən iki saat qalmış nəzakət xatirinə cavab verdim: “Yarışdan çıxdığımı təsdiqləyirəm”. Ümumiləşdirsək, cavab versəydim də, verməsəydim də, istənilən halda məni başqası ilə əvəz edəcəkdilər. Sadə sözlərlə desəm, Teymur Rəcəbov turnirdən çəkilməyib. O mənada ki, o, oynamaq istəyir və buna hazırdır. Amma sağlamlıq barədə narahat olmayacağı və ancaq şahmata köklənə biləcəyi başqa vaxtda”.

Qeyd edək ki, FİDE həmyerlimizi Maksim Vaşye-Laqrav əvəzləyib.

ApaSport

Digər xəbərlər

Arxiv

date