Teymur Rəcəbov İddiaçılar Turnirinin hazırlığına 100 min dollardan çox xərcləyib

Teymur Rəcəbov İddiaçılar Turnirinin hazırlığına 100 min dollardan çox xərcləyib
  • Clock-gray 00:39
  • calendar-gray 08 Aprel 2020

“Teymur Rəcəbov İddiaçılar Turnirindən imtina edəndə bir az üzüldüm ki, şahmatçılardan heç biri onu dəstəkləmədi”. 

Apasport.az saytının məlumatına görə, bunu rusiyalı şahmatçı Sergey Karyakin deyib.

O, Azərbaycan qrossmeysteri Teymur Rəcəbovun İddiaçılar Turnirindən imtinasına münasibət bildirib. Karyakin koronavirus pandemiyasını əsas gətirən Teymura digərlərinin dəstək olmamasından narazı qalıb: “Həmişə istərdim ki, şahmatçılar bir cəbhədə olsunlar. Əgər daha 2-3 şahmatçı da “belə edilmir, indi turnir keçirmək olmaz” desəydi, onda təşkilatçılar onlarla razılaşardı. Təəssüf ki, şahmat çox fərdi oyundur. Biz nə komanda, nə klub üçün deyil, özümüz üçün çıxış edirik. Kollektivçilik çatışmır”.

Karyakin İddiaçılar Turnirinə hazırlıq zamanı komandasında yer aldığı şahmatçımızın hisslərini dərk etdiyini də açıqlayıb: “Aydın məsələdir ki, Rəcəbov çox üzülürdü. Hər halda, xərclənən vəsait, güc və hazırlığa sərf olunan mənəvi güc... Digər tərəfdənsə o, çox fəlsəfi yanaşıb və deyib ki, bu iş gələcəkdə lazım olacaq, qoy onlar özləri oynasın və hər şeydən qorxsunlar”.

Rusiyalı qrossmeyster Teymurun gələcəyi görməsini də önə çəkib: “Rəcəbov hansısa mənada gələcəyə baxıb. O, bu mövzunu qaldıranda koronavirus belə yayılmamışdı və belə çəkinmirdilər. Aleksandr Qrişuk bu barədə söz saldıqda isə hamı danışmağa başladı. Hamı başa düşdü ki, turniri başlamaq lazım deyildi. Mən hardasa təşkilatçıları da başa düşürəm. Turnirin təşkili 1,2 milyon dollara başa gəlir və tədbiri təxirə salmaq istəmirdilər. Rəcəbov da turnirə hazırlığa çox vəsait sərf edib. Biz 30 gün Barvixdəki oteldə qaldıq, üstəlik, mənim və daha iki məşqçinin qonorarı, uçuşlar və s. Bu çox böyük məbləğdir. Mən dəqiq bilmirəm. Amma bu rəqəm 100 min dollardan yuxarıdır. Turnirdə hansı yeri tutmaq lazımdır ki, bunun qarşılığını verəsən? Birinci”.

ApaSport

Digər xəbərlər

Arxiv

date