“Azərreyl” voleybolçusu ilə müqaviləni yeniləyib

“Azərreyl” voleybolçusu ilə müqaviləni yeniləyib
  • Clock-gray 16:35
  • calendar-gray 11 Aprel 2020

Qadınlardan ibarət “Azərreyl” klubu voleybolçusu Moytsa Pene ilə yoluna davam edəcək.

Bu barədə apasport.az saytına məlumatı sloveniyalı voleybolçunun özü verib.

31 yaşlı hücumçu bildirib ki, karyerasını daha bir il Azərbaycanda davam etdirəcək. Penenin sözlərinə görə, yeni mövsümdə avrokuboklarda uğurla çıxış etməyi hədəfləyən klubun müqaviləni uzatmaq təklifini sevinclə qəbul edib: “Mənə müqaviləni uzatmaq təklif olundu. Mən bunu qəbul etdiyimi dediyim üçün xoşbəxtəm. Özümü burda – Bakıda yaxşı hiss edirəm. Gördüyümüz işdən, məşq zalından, bütün əməkdaşlardan, peşəkarlıqdan və növbəti mövsüm üçün hədəflərdən razıyam. Həm də maraqlıdır. Özümdə motivasiya və burda qalmaq istəyi hiss edirəm”.

Qeyd edək ki, koronavirus pandemiyası üzündən dayandırılan Azərbaycan Super Liqasında bombardirlər siyahısında yer alan “Azərreyl”in kapitanı fasilə dövründə vətəninə yollanmayaraq Bakıda qalıb.

ApaSport

Digər xəbərlər

Arxiv

date