Kobi Brayantın helikopterinin qəzaya uğramasının səbəbi qatı duman ola bilər

Kobi Brayantın helikopterinin qəzaya uğramasının səbəbi qatı duman ola bilər
  • Clock-gray 11:59
  • calendar-gray 27 Yanvar 2020

Əfsanəvi basketbolçu Kobi Brayantın ölünü ilə nəticələnən helikopter qəzasına hava şəraitinin səbəb olması ehtimal edilir.

Apasport.az saytının məlumatına görə, ABŞ-ın Los-Anceles şəhərinin polisi hadisə vaxtı havanın uçuş üçün normalara uyğun gəlmədiyini açıqlayıb.

Şəhər polis departamentinin nümayəndəsi Coş Rubinşteyn bildirib ki, qəzaya qatı duman səbəb ola bilər: “Hava şəraiti uçuş üçün minimal standartlara uyğun gəlmirdi. Kifayət qədər duman var idi ki, bizim helikopterlər uçmasın”.

K.Brayantın sabiq pilotu Kurt Dits də analoji ehtimal irəli sürüb. O, hava şəraitini tamamilə qeyri-münasib hesab edir.

Qeyd edək ki, 1996-2016-cı illərdə “Los-Anceles Leykers”də çıxış etmiş 41 yaşlı basketbol veteranının şəxsi helikopterinin qəzaya uğraması nəticəsində pilot və 8 sərnişin, o cümlədən K.Brayantın 13 yaşlı qızı Cianna dünyasını dəyişib.

ApaSport

Digər xəbərlər

Arxiv

date