"Tufandag Mountain Resort" qış mövsümünə start verib - FOTO

"Tufandag Mountain Resort" qış mövsümünə start verib - FOTO
  • Clock-gray 16:24
  • calendar-gray 09 Dekabr 2019

Şəhərin boz və gərgin ab-havasından uzaqlaşaraq, Qafqaz dağlarının ən mənzərəli məkanında qışın gəlişini yeni emosiyalar ilə qarşılamaq istəyənlər üçün Qəbələdə yerləşən "Tufandag Mountain Resort"da bu il xizək mövsümünü daha tez başlayıb.

İstirahət mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, "Tufandag Mountain Resort" aktiv istirahətə üstünlük verənlərin burada dincəlməsini maksimum əyləncəli etmək üçün bu il xizəkçiləri sevindirəcək yeniliklər tətbiq edib. Yeni xizək mövsümündə “tubing” – hava yastıqlarında sürüşmə növü həm uşaqların, həm də böyüklərin ən sevimli əyləncəsinə çevriləcək.

Bu yaxınlarda istifadəyə verilmiş buqel qaldırıcısı hava yastıqlarında sürüşənlərin dağa qalxmasını və enməsini daha təhlükəsiz və rahat edəcək. Dağ qaldırıcısı, eləcə də kanat yolu ilə parlaq və buludlara bənzər saf qara bürünmüş dağ təbiətini seyr etmək, aktiv ATV turlarında iştirak etmək, təbiət qoynunda gecə xizəyindən yararlanmaq hər kəsə fərqli emosiyalar yaşadacaq.

Yeni il üslubunda dekor olunacaq "Winter village"in möcüzəli ab-havasını hiss edəcək hər kəs Qafqaz otellərində yeni ilin gəlişini qarşılamaq istəyəcək. Bunun üçün istirahətinizi planlayaraq www.qafqazhotels.com saytı vasitəsilə öncədən rezervasiya edin.

Bundan əlavə, xizək mövsümünün açılışı ilə bağlı bütün Qafqaz otellərində 20% mövsüm açılışı endirimi də tətbiq olunub. Endirimdən faydalanmaq üçün www.qafqazhotels.com saytında rezervasiya zamanı "2020" endirim promokodunu qeyd etmək lazımdır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date