AZAL 155 Azərbaycan vətəndaşını Ukraynadan vətənə çatdırıb

AZAL 155 Azərbaycan vətəndaşını Ukraynadan vətənə çatdırıb
  • Clock-gray 22:02
  • calendar-gray 30 İyul 2020

 

Azərbaycanın milli aviadaşıyıcısı iyulun 30-da Kiyevdən Bakıya növbəti çarter reysi yerinə yetirib. 

AZAL-dan APA-ya verilən məlumata görə, həmin reyslə 155 Azərbaycan vətəndaşı Vətənə çatdırılıb.

Yalnız reysdən əvvəl 48 saat ərzində COVID-19-un olmaması barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

 

Nicat Mustafayev

Digər xəbərlər