Avropanın turizm sektoru yanvarda 1 mlrd. avro itirib

Avropanın turizm sektoru yanvarda 1 mlrd. avro itirib
  • Clock-gray 14:53
  • calendar-gray 02 Mart 2020

Yayılan koronavirus infeksiyası səbəbindən təkcə 2020-ci ilin yanvar ayında Avropa İttifaqı (Aİ) ölkələrinin turizm sektorunda itkilər 1 mlrd. avro təşkil edib.

"APA-Economics"in xarici mediaya istinadən verdiyi məlumata görə, bunu Daxili Bazarlar üzrə Avropa Komissarı Tyerri Breton deyib.

Onun sözlərinə görə, yanvar ayında Aİ ölkələrini gözləniləndən 2 mln. nəfər daha az turist ziyarət edib. Bunun əsas səbəbi isə Çindən turist axının dayanmasıdır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date