BMT: Qlobal turizm 3,3 trln. dollaradək itirə bilər - PROQNOZ

BMT: Qlobal turizm 3,3 trln. dollaradək itirə bilər - PROQNOZ
  • Clock-gray 11:20
  • calendar-gray 02 İyul 2020

Qlobal turizm sektorunun gəlirlərinin COVID-19 pandemiyasına qarşı yeridilən məhdudiyyətlər səbəbindən 3,3 trln. ABŞ dollarınadək azalması gözlənilir.

"APA-Economics"in məlumatına görə, bu barədə BMT-nin "COVID-19 and Tourism: Assessing the Economic Consequences" adlı hesabatına deyilir.

Proqnoz 3 ssenaridən ibarətdir: 4 ay uzanan karantin halında itkilərin 1,17 trln. dollar, 8 ay davam edəcək karantin halında 2,22 trln. dollar və ən bədbin ssenari – 1 il davam edəcək karantin halında itkilərin 3,3 trln. dollara bərabər olacağı gözlənilir. Bu, qlobal ÜDM-in 1,5-4,2%-ni təşkil edir.

Yaranmış vəziyyətdən ən böyük zərbəni ABŞ-ın turizm sektorunun alacağı proqnozlaşdırılır. Cəmi 4 ay davam edən karantin ssenarisində ölkə turizmi 187 mlrd. dollar itirəcək. Ən pessimistik ssenaridə isə ABŞ-ın turizm sektoru 538 mlrd. dollar itki ilə üzləşə bilər.

Mirsəid İbrahimzadə

Digər xəbərlər