Dövlət Turizm Agentliyi: Hotellərin ulduzlaşması üçün tələblər müəyyən edilib

Dövlət Turizm Agentliyi: Hotellərin ulduzlaşması üçün tələblər müəyyən edilib
  • Clock-gray 14:02
  • calendar-gray 11 Mart 2020

"Hotellərin ulduzlaşması üçün tələblər müəyyən edilib. Hər bir mehmanxana obyekti ulduz alarkən müəyyən tələblərə cavab verməlidir".

APA-nın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib. 

Onun sözlərinə görə, əsas məqsəd hotellərdə məmnunluq səviyyəsini qaldırmaqdır:

"Ölkəyə daha çox turistin gəlməsini istəyirik. Eyni zamanda yerli insanların turizmə cəlb olunması üçün xüsusi fəaliyyət planı işlənib hazırlanır. Hazırda müvafiq orqanlarla birlikdə turizmə cəlb edilən insanların biliklərinin, təlim bacarıqlarının artırılması istiqaməti üzərində işləyirik. Eyni zamanda fikirləşirik ki, onların marketinq işinə necə kömək edək. Hazırda müzakirələr gedir, yəqin ki, ən yaxın vaxtda bununla bağlı müvafiq addımların atıldığını görəcəksiniz".

Günay Elşadqızı

Digər xəbərlər