Florian Zengstşmid: "Rusiya Azərbaycanın turizm sənayesinin bərpasında əsas rol oynayacaq"

Florian Zengstşmid: "Rusiya Azərbaycanın turizm sənayesinin bərpasında əsas rol oynayacaq"
  • Clock-gray 11:11
  • calendar-gray 10 Aprel 2020

"Rusiya Azərbaycan üçün əsas turizm bazarı olaraq qalır ki, məhz bu ölkə Azərbaycanın turizm sənayesinin bərpasında əsas rol oynayacaq".

"APA-Economics"in "Profi.travel" portalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Turizm Bürosunun (ATB) baş icraçı direktoru Florian Zengstşmid rusiyalı jurnalistlərlə onlayn görüşü zamanı deyib.

Onun sözlərinə görə, ölkədə turizm bazarının bərpası üçün mərhələli ssenari nəzərdə tutulur ki, onlardan biri "Lockdown" rejimidir. 

"Hazırda əksər otellər və digər yaşayış obyektləri bağlıdır və ya vətəndaşları təcrid etmək üçün istifadə olunur. İqtisadiyyata dəstək məqsədilə Azərbaycan hökuməti tərəfindən bir sıra iri turizm infrastrukturu layihələrinin icrasını davam etdirməyə imkan yaradacaq kreditlər və maliyyə zəmanətləri şəklində təxminən 500 milyon avro ayrılıb. Azərbaycanda epidemioloji vəziyyət yaxşılaşdıqca, daxili bazarı səyahət üçün tədricən açacaq ki, bu da turizm sənayesinə pul axınına imkan yaradacaq. Hazırda ATB daxili bazar üçün marketinq strategiyası hazırlayır", - deyə F. Zengstşmid qeyd edib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date