Gürcüstanda təhlükəsiz turizm zonaları yaradılacaq

Gürcüstanda təhlükəsiz turizm zonaları yaradılacaq
  • Clock-gray 15:47
  • calendar-gray 07 May 2020

Gürcüstanda koronavirusdan təhlükəsiz turizm zonalarının yaradılması planlaşdırılır. APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş nazir Girogi Qaxaria deyib.

Onun sözlərinə görə, sözügedən zonaların xüsusilə müalicəvi turizm bölgələri olan Tskaltubo, Qudauri, Sairme, Abastumani və Borjomi rayonlarında yaradılması nəzərdən keçirilir.

Qeyd edək ki, Gürcüstanda turizmin üç mərhələdə bərpası planlaşdırılır. İlk mərhələdə turizm müəssisələrinin işçilərinə təlimlərin keçirilməsi, iyunun 15-də başlayacaq ikinci mərhələdə yerli turizmin açılması, iyulun 1-dən isə üçüncü mərhələyə – xarici turistlərin qəbuluna başlanması planlaşdırılır.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date