İran Azərbaycanla turizm əlaqələrini bərpa etmək niyyətindədir

İran Azərbaycanla turizm əlaqələrini bərpa etmək niyyətindədir
  • Clock-gray 15:02
  • calendar-gray 16 İyun 2020

“Rəsmi Tehran iyul ayının sonunda Bakı ilə turizm əlaqələrini bərpa etmək niyyətindədir”. 

Bunu APA-nın Tehran bürosuna İran Mədəni İrs, Əl işləri sənayesi və Turizm Təşkilatının turizm məsələləri üzrə sədr müavini Vəliyullah Teymuri deyib.

O deyib ki, iyul ayının 20-dən sonra turistlərin gediş-gəlişi mümkün ola bilər: “Ümid edirik ki, həmin tarixdən Azərbaycan və İran arasında turistlərin gediş gəlişini təmin edə biləcəyik”.

O deyib ki, həm Azərbaycan, həm də İran tərəfi səhiyyə protokollarına əməl edərək  sərhədlərin açılmasına  razıdır. 

 

Süleyman Fərzəliyev

Digər xəbərlər