Ötən il xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 13,4% artıb

Ötən il xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 13,4% artıb
  • Clock-gray 12:21
  • calendar-gray 27 Yanvar 2020

2019-cu ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 13,4% artaraq 5 567,7 min nəfər olub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ölkə vətəndaşlarının 36,7%-i İrana, 28,9%-i Gürcüstana, 17,6%-i Rusiyaya, 11,4%-i Türkiyəyə, 5,4%-i isə digər ölkələrə gedib. Gedənlərin 64,1%-ni kişilər, 35,9%-ni qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 23,7%, Gürcüstana gedənlərin sayı 12,3%, Rusiyaya gedənlərin sayı 5,7%, Türkiyəyə gedənlərin sayı isə 4,6% artıb.

Qeyd edək ki, 2019-cu ildə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,6%-i dəmir yolu və avtomobil, 16,7%-i hava, 0,7%-i isə su nəqliyyatından istifadə edib.

APA-Economics

Digər xəbərlər

Arxiv

date