Qlobal turizm gəlirləri 500 mlrd. dollar azala bilər

Qlobal turizm gəlirləri 500 mlrd. dollar azala bilər
  • Clock-gray 10:55
  • calendar-gray 23 Aprel 2020

Bu il dünyada turizmdən ələdə olunan gəlirlər yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən 500 mlrd. ABŞ dolları azala bilər.

"APA-Economics"in məlumatına görə, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, COVID-19 pandemiyasının yaratdığı böhran dünya üzrə xarici turistlərin sayında sabit artım tendensiyasını dayandırıb: "Əgər 2019-cu ildə səyahət edənlərin sayı 1,5 milyarda çatırdısa, 2020-ci ildə bu rəqəm 30% azalacağı gözlənilir. Bu, turizm gəlirlərinin 500 milyard dollar azalmasına və milyonlarla iş yerinin itirilməsinə səbəb ola bilər. Hökumətlər turizm sektorundakı iş yerlərini qorumaq üçün sərt və qətiyyətli tədbirlər görsələr və iqtisadiyyatı bərpa etmək üçün turizm sektoruna prioritet verərlərsə, böhranın nəticələri yüngülləşdirilə bilər".

Baş katib onu da əlavə edib ki, pandemiyanın başlanmasından bəri ölkələrin 96%-i səyahətə tam və ya qismən məhdudiyyət qoyub.

"Eyni zamanda, COVID-19 pandemiyasının kiçik müəssisələrə zərər verəcəyini də qəbul etməliyik. Turizm sektorunda şirkətlərin 80%-i kiçik və orta müəssisələrdir. Bu, fərdlərin və onların ailələrinin dolanışıqlarını təhlükə altına qoyur", - deyə Z. Pololikaşvili bildirib.

APA-Economics

Digər xəbərlər

Arxiv

date