Tbilisidə 15 hotel bağlanıb

Tbilisidə 15 hotel bağlanıb
  • Clock-gray 12:28
  • calendar-gray 13 Mart 2020

Koronavirusla mübarizə tədbirləri çərçivəsində Gürcüstanın paytaxtı Tbilisi şəhərində 15 hotel bağlanıb.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Hotellər və Restoranlar Federasiyasının nümayəndəsi Şalva Alaverdaşvili deyib.

Onun sözlərinə görə, hotellərin bağlanması müvəqqətidir: Hotellərdə mart-aprel ayına olan rezervasiyaların əksəriyyəti ləğv edilib, eyni durum may ayı üçün də gözlənilir”.

Ş. Alaverdaşvili qeyd edib ki, hazırda sektor nümayəndələri hökumət tərəfindən bu sahədə konkret addım atılmasını gözləyir.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date